Makaron salatı İnqredientlər: 1. Ağ reyhan 2. Zeytun yağı 7 ml 3. Pesto sous 30 qr 4. Lolo rosso 5. Kahı 6. Duz zövqə görə 7. Qara istiot zövqə görə 8. Kapers 12 qr 9. Qurumuş pomidor 12 qr 10. Suda mozarella 25 qr 11. Ağ küncüt zövqə görə 12. Pomidor 90 qr 13. Makaron 150 qr (bişmiş) Hazırlanma qaydası; İlk öncə pomidorları doğrayırıq, ardıyca mix salat, kapers, qurumuş pomidor, pesto sous, zeytun yağı əlavə edib, zövqə görə ağ küncüt, qara istiot, duz əlavə edirik. Ən sonda üzərinə mozarella pendirini qoyub servis edirik. Ps. Limon suyu da əlavə etmək olar. Yaşıl toz dekor İnqredientlər 1. Panko suxarı 100 qr 2. Qurumuş göyərtilər 2 dəstə Hazırlanma qaydası: Panko suxarı ilə göyərtini blendr edirik. Daha sonra ələkdən keçiririk. Ps. Həm dekor kimi, həm də yeməklərinizə əlavə edə bilərsiniz. Göyərtilər : şüyüt, cəfəri, keşniş, nanə, ispanaq istifadə edə bilərsiniz. Pss. Panko suxarı əvəzinə adi suxarı da istifadə etmək olar. Yaxud ancaq çörəyin ağlarını qurudub.


© 2020 Домашние Рецепты |

Главная | Privacy Policy | DMCA | Роскомнадзор | Правобладатели | Контакты